Bu universitetdə bir neçə qrup distant təhsilə keçdi
2021-10-14 15:44:00
Azərbaycan Dövlət Pedoqoji Universitetinin 3 tələbəsi koronavirusa yoluxub.
Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ADPU-nun mətuat katibi Cavid Hüseynov məlumat verib.
Onun sözlərinə görə, yoluxanlar Fizika və Musiqi və İncəsənət fakültələrinin tələbələridir:
"Yoluxama ilə əlaqədar olaraq tələbələrin təhsil aldıqları qruplarda dərslər 2 həftəlik distant formaya keçirilib".