📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu universitetdə əməkhaqqı ARTIRILDI

2022-03-03 16:03:00

Bu universitetdə əməkhaqqı ARTIRILDI

Azərbaycan Dövlət Pedaqoji Universitetdə əmək haqları artırılıb.

Universitetin mətbuat katibi Cavid Hüseynovun Lent.az-a verdiyi məlumata görə, bu haqda universitetin Elmi Şurasında qərar qəbul edilib.

İclasda rektorun müşaviri Ümid Mehdiyev Maliyyə komissiyasının hesabat və təkliflərini diqqətə çatıdırıb.

Təkliflərə əsasən Elmi Şura ADPU-da əməkdaşların əməkhaqqının artırılması haqqında qərar qəbul edib.

Qərara əsasən, həmçinin Pedaqoji Universitetdə saat hesabı dərs deyən personalın əməkhaqqı da orta hesabla 37,5 faiz artırılıb.

Lent.az