Bu vəzifəli şəxslərin hansı Talıbovun kadrıdır? - Nöqsanları “köhnələrin” üstünə atmaqla...
Son günlər Hesablama Palatasının Naxçıvanla bağlı açıqlamasına don geyindirmək, bəzilərinin bacarıqsızlığını ört-basdır etmək, nöqsanları kimlərinsə üstünə atmaq üçün cəmiyyəti çaşdıran məlumatlar dövriyyəyə buraxılır. Guya Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun dövründən qalma kadrlar sabotajla məşğuldur, yuxarı rəhbərlik dəyişsə də aşağılarda köhnə kadrlar çalışır. Nöqsanların səbəbi də bu imiş. Halbuki, Vasif Talıbovun istefasından sonra muxtar respublikanın, demək olar ki, əksər dövlət orqanlarının rəhbərləri dəyişdirilib.
TNS 2022-ci ilin dekabr ayının sonundan etibarən Naxçıvana yeni təyin olunmuş yüksək vəzifəli şəxlərin siyahısını təqdim edir.
Bəxtiyar Məmmədov - baş nazirin müavini
Süleyman Neymətov - daxili işlər naziri
Şahin Mirzəyev - fövqəladə hallar naziri
Ceyhun Cəlilov - əmək və əhalinin sosial müdafiəsi naziri
Hüseyn Səfərov - ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən
Abbas İsmayılov - iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən
Xəyalə Dadaşova - kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən
Samiq Sadıxov - səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən
Elxan Nəcəfov - təhsil nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən
Rahid Ələkbərli - rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən
Həsən Seyidov - mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən
İlqar Sadıqov - Dövlət Şəhərsalma və Arxitekrura Komitəsinin sədri
Hüseyn Bağırov - Dövlət Statistika Komitəsinin sədri
Üzeyir Nəsirov - Qida Təhlükəsizliyi Agentliyinin sədri
Malik Rzayev - Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini, sədrin səlahiyyətlərini müvəqqəti icra edən
Əhməd Vəliyev - Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini icra edən
Rəcəb Rəhimli - Ordubad Rayon İcra Hakimiyyətinin başçısı
Naim Cahidzadə - Sədərək Rayon İcra Hakimiyyətinin başçısı.
Sual yaranır. Bu vəzifəli şəxslərin hansı köhnə kadrdır və onlardan kimlər sabotajla məşğuldur? Deməli, ya kadlar düzgün seçilməyib, ya da kimlərinsə nöqsanları boynundan atmaq üçün arqumenti sabotajdır.
Bu faktdır ki, yeni təyin olunan kadrların hamısı ya Naxçıvanın yeni rəhbərliyi ilə razılaşdırılıb, ya da birbaşa rəhbərliyin öz seçimidir. Belə olan halda “köhnə kadrlar yeni rəhbərliyə işləməyə imkan vermir” arqumenti “çürüyür”. Fikrimizcə, bəhanə axtarmaq əvəzinə nöqsanları aradan qaldırmaq və dürüst işləmək lazımdır. Nə qədər ki, Naxçıvanda heç bir rəsmi vəzifə daşımayan “xüsusi səlahiyyətli” şəxslər söz sahibi olacaq, nöqsanlar azalmayacaq, əksinə, daha da artacaq. Çünki o adamların heç bir məsuliyyəti yoxdur. Onların bir məqsədi var – pul yığmaq. Naxçıvan iqtisadiyyatının çökməsinin, dövlət vəsaitinin mənimsənilməsinin, tikinti sektorunun iflic vəziyyətinə salınmasının, iş yerlərinin bağlanmasının, tenderlərin şəffaf keçirilməməsinin səbəbləri araşdırılanda, əmin olun ki, cəzalandılacaq şəxslər “köhnə kadrlar” olmayacaq.
Mövzunu davam etdirəcəyik.