📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bu xalq 100 il ərzində baş verənlərdən nəticə çıxarmalıdır" - ZAUR MƏMMƏDOV

2023-08-30 15:17:30

"Problem ermənilikdə, 200 il kütləvi şəkildə türkün çörəyini yeyib, suyunu içən hayların mənəvi dünyalarındadır"

"Məmləkətdə nə qədər "kosmopolit"var imiş. Həm o karikatura, həm ona oxşar şərhlər, həm də "no war" hərəkatının bəyanatı üzücüdür. Bu xalq 100 il ərzində baş verənlərdən nəticə çıxarmalıdır". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.

Politoloq hesab edir ki, 1905-1906 və 1918-1920-ci illər soyqırımları, 1940-50-ci illərin deportasiyası, 1988-1994-cü illərin deportasiya və müharibəsi, eyni zamanda bu illər ərzində bizə qarşı fasiləsiz qəddarlığın qarşılığında bu cür fikir bildirmək cəmiyyətimizə, xalqımıza, şəhidlərimizə, həlak olan qadınlara, körpələrə, azərbaycanlılara qarşı hörmətsizlikdir: "Azərbaycan tolerant, hümanist olmasaydı burada müxtəlif dinlərin, xalqların nümayəndələri mehriban şəkildə yaşamazdılar. Problem ermənilikdə, 200 il kütləvi şəkildə türkün çörəyini yeyib, suyunu içən hayların mənəvi dünyalarındadır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az