Bu xəstəliyə yoluxanlar 10 gün ərzində ÖLÜR
2022-12-30 20:00:00
Beyin yeyən “Naegleria Fowler” amöbü gənclər üçün böyük təhlükə yaradır.
Bu barədə rusiyalı mütəxəssislər məlumat yayıb.
Bildirilib ki, ən çox yoluxma halı xəstəliyin əsrin əvvəllərində özünü göstərdiyi ABŞ-da qeydə alınıb. Ən çox bilinən infeksiyalar normal sağlamlıq vəziyyətində olan gənc kişi və qadınlarda baş verib.
Qeyd olunub ki, virusun inkubasiya dövrü 3 gündən 7 günə qədərdir. Bu vəziyyətdə xəstə baş ağrısı, boğaz ağrısı, ürəkbulanma və qoxu itkisindən əziyyət çəkir. Ölüm isə 10 gün ərzində baş verə bilər.
Xatırladaq ki, dekabrın 26-da Cənubi Koreyada ilk dəfə olaraq “Naegleria Fowler” amöbünə yoluxma halı qeydə alınıb. Məlum olub ki, yoluxmuş xəstə evə qayıtmazdan əvvəl dörd ay Taylandda yaşayıb. \\KONKRET.az