📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu xəstəxananın direktoru da işdən çıxdı – TƏBİB-də dəyişikliklər genişlənir

2026-04-21 22:02:05

Bu xəstəxananın direktoru da işdən çıxdı – TƏBİB-də dəyişikliklər genişlənir

TƏBİB sistemində kadr dəyişiklikləri davam edir.

Modern.az xəbər verir ki, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev də işdən çıxıb. P.Hacıyevin işdən azad olması üçün ərizəni aprel ayının 8-də, Anar Bayramov TƏBİB-in rəhbəri təyin edilməmişdən öncə yazıb. Tanınmış həkim bu vəzifəyə 2025-ci ilin oktyabrında təyin olunmuşdu. Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru, eləcə də bir neçə müşavirin işdən azad olunması barədə xəbərlər yayılmışdı. Bu dəyişikliklər səhiyyə sistemində ciddi yenilənmə prosesinin getdiyini göstərir.