📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu xəstəxananın tikintisinə 70 milyon manat ayrıldı

2024-12-28 22:16:12

Bu xəstəxananın tikintisinə 70 milyon manat ayrıldı

Füzuli Rayon Mərkəzi Xəstəxananın tikintisinə ayrılacaq vəsaitin həcmi məlum olub

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti bununla bağlı hazırlıq işlərini yekunlaşdırıb.

Məlumata görə, qurum xəstəxananın tikilməsi ilə bağlı işlərin icrasını "Uni KO” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, sözügedən xəstəxananın tikintisi 70 milyon manata başa gələcək.

Qeyd edək ki, "Uni KO” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 000 020 manat olan QSC-nin qanuni təmsilçisi Axundov Elçin Muxtar oğludur.