📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu xəstəxanaya yeni baş həkim təyin edildi

2021-09-25 11:55:00

Bu xəstəxanaya yeni baş həkim təyin edildi

Tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılov Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya baş həkim təyin edilib.

Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, ixtisasca ümumi cərrah olan İlkin İsmayılov bundan əvvəl də Gəncə şəhərindəki özəl klinikalardan birində uzun müddət baş həkim işləyib.

Qeyd edək ki, o, 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. İlkin İsmayılov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında, 2009-2016-cı illərdə isə Qazi Universitetinin Ümumi Cərrahiyyə kafedrasında fəaliyyət göstərib.