📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu yaşayış məntəqəsinə qəsəbə statusu verilir

2024-03-01 10:22:59

Bu yaşayış məntəqəsinə qəsəbə statusu verilir

Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir. 

Hurriyyet.az xəbər verir ki, bu, “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb. 

Layihəyə əsasən, Abşeron rayonunun inzibati ərazisində salınmış “Şəfəq” adlı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir. 

Qeyd edək ki, qanun layihəsi parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunacaq.

qafqazinfo.az