📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!

2026-10-02 10:44:46

Bu yol  bağlı olacaq - Sürücülərin nəzərinə!

2 oktyabr saat 14:00-dan etibarən Suraxanı rayonunda Zığ şossesinin (beton yol) “MİDA“ Yaşayış Kompleksi avtomobil yolu istiqamətində, “MİDA” yaşayış kompleksinin avtomobil yolunda, həmçinin “MİDA” Yaşayış Kompleksindən Zığ şossesinə, hava limanı istiqamətinə çıxış yolunda təmir işləri aparılacaq.

Hurriyyet.net xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan yol hissələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

“Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.