📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu yol bağlı olacaq – Sürücülərin nəzərinə!

2025-05-20 11:00:37

Bu yol bağlı olacaq – Sürücülərin nəzərinə!

Binəqədi rayonu, Zəngəzur küçəsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən Binəqədi şossesi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Sürücülərin Nicat Mustafayev və Babadağ küçələrindən istifadə etmələri tövsiyə olunur.