📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu yolda cərimələnə bilərsiniz - Nişanlar dəyişdirilib - Video

2026-11-23 15:34:38

Bu yolda cərimələnə bilərsiniz - Nişanlar dəyişdirilib - Video

Bakıda Beynəlxalq Avtovağzalın qarşısındakı yolayrıcında hərəkətin təşkilində dəyişiklik edilib.

Hurriyyet.net  Avtosfer.az-a istinadən xəbər verir ki, son dəyişiklikdən sonra Biləcəri dairəsindən gələrək sağa dönən sürücülər üçün “Yol ver” nişanı quraşdırılıb.

Bildirilib ki, ondan sonrakı kəsişmə yerində isə “Baş yol” nişanı qoyulub.

Bu səbəbdən həmin istiqamətdə hərəkət edən sürücülər əvvəlcə “Yol ver” nişanının tələbini yerinə yetirərək qarşıdan gəlib sola dönən avtobuslara yol verməli, daha sonra hərəkətlərini davam etdirməlidirlər. Kəsişmə yerinə daxil olduqdan sonra isə artıq üstünlük həmin sürücülərdə olur.

Qeyd olunub ki, “Yol ver” nişanının tələbini pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 3 cərimə balı və 100 manat məbləğində cərimə oluna bilərlər.