📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu yolda hərəkət MƏHDUDLAŞDIRILDI

2022-01-26 15:37:00

Bu yolda hərəkət MƏHDUDLAŞDIRILDI

Bakının Nərimanov rayonunun Təbriz və Koroğlu Rəhimov küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Hurriyyet.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, buna səbəb həmin ərazidə yaşayış binasında baş verən yanğındır. Hadisə ilə əlaqədar 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların da hərəkət sxemi müvəqqəti dəyişdirilib. Sərnişin avtobusları hazırda ətrafdakı alternativ küçə və prospektlərdən keçməklə hərəkət edir.

Qeyd edək ki, bu gün paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.