📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!

2026-10-28 20:55:28

Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!

29 oktyabr saat 08:00-dan etibarən  Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri, Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində isə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədilə ayırıcı zolağın ləğvi işləri aparılacaq.

Hurriyyet.net  xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq:

“Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”.