📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu yollarda sürət həddi bərpa olundu

2025-02-22 16:55:35

Bu yollarda sürət həddi bərpa olundu

Bakıda bir sıra yollarda qarlı və küləkli hava şəraiti səbəbindən endirilən sürət həddi bərpa olunub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Zığ dairəsi-Hava Limanı, Buzovna-Zağulba yollarında, Mərdəkan şosesində və Heydər Əliyev prospektində endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.