Buçada vəhşilik – dinc sakinlərə işgəncə verərək yandırıblar
2022-09-05 14:22:00
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Kiyev vilayətinin Milli Polis Baş İdarəsinin rəisi Andrey Nebitov Buça şəhərində azı iki nəfər işgəncə görmüş vətəndaşın nəşlərinin qalıqlarının tapıldığını bildirib.
Nebitov “Teleqram” səhifəsində yazıb: “Qarajdakı axtarış zamanı yandırılmış insanların sümükləri aşkarlanıb. Qarajın özü də tamamilə yanıb. Yerli sakinlərin şahid ifadələrinə görə, düşmən işğalı zamanı rusiyalı hərbçilər burada bir neçə dinc sakini qətlə yetiriblər”.
Nəşrin yazdığına görə, sentyabrın 1-də Kiyev vilayətinin Buça rayonun Zdvijevka kəndində Rusiya hərbçilərinin işgəncə verdiyi daha bir kişinin cəsədi aşkar edilib.
Hürr Tərcüman
