📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Budepeşt Kiyevi dəstəkləsə, Avropa Komissiyası Macarıstan üçün bu addımı atacaq

2023-10-03 11:20:21

Budepeşt Kiyevi dəstəkləsə, Avropa Komissiyası Macarıstan üçün bu addımı atacaq

Hurriyyet.az xəbər verir ki, Budapeştin Kiyevi dəstəkləyəcəyi təqdirdə, Avropa Komissiyası Macarıstan üçün 13 milyard avro həcmində vəsaitin “dondurulmasının” dayandırılacağını bildirib.

Söhbət Ukraynaya Avropa İttifaqı tərəfindən maliyyə dəstəyinin Macarıstan tərəfindən əngəllənməsindən gedir – bunun səbəbi isə Macarıstanın OTP bankının Kiyev tərəfindən yaradılmış “müharibənin beynəlxalq sponsorları” siyahısına salınmasıdır.

“Faynenşl Tayms” (Financial Times) nəşrinin Avropa Komissiyasındakı mənbələrə istinadla yazdığına görə, Budapeştin vəsaitinin dondurulması noyabr ayında dayandırıla bilər. Macarıstanın büdcəsi üçün subsidiyalar Avropa Komissiyası tərəfindən Baş nazir Viktor Orbanın siyasi sisteminin “avtoritarlığı” bəhanəsi ilə dondurlumuşdu.

Hürr Tərcüman