📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Buğdanın, unun idxaldan asılılığı icra başçılarının torpaq alverindən qaynaqlanır – MƏĞRUR BƏDƏLSOY YAZIR

2022-01-07 12:23:00

Buğdanın, unun idxaldan asılılığı icra başçılarının torpaq alverindən qaynaqlanır – MƏĞRUR BƏDƏLSOY YAZIR

Kənd təsərrüfatı torpaqlarında buğda əvəzinə süni balıq (gölləri) yetişdirilir

Qardaş Qazaxıstanda qiymət artımına etirazlardan doğan qanlı olaylar Azərbaycanda çörəyin qiymətinin qalxmasını arxa plana saldı. Gündəlik tələbat məhsulunun qiymət artımı buğdanın idxaldan asılılığı, idxal rüsumlarının qaldırılması ilə  izah edilir.

Bəs niyə buğda, un idxaldan asılı olmalıdır, öz buğdamız niyə tələbatı ödəmir? Bu sualın bircə cavabı var : Kənd təsərrüfatı torpaqları icra hakimiyyəti başçılarının,  məmur oliqarxların oylağına çevrilib. Bir icra başçısı göstərin ki, minlərlə hektar torpağı zəbt etməmiş olsun! Bircə icra başçısı göstərin ki, süni balıyetişdirmə gölü olmasın! Bircə icra başçısı göstərin ki, ən azı 3 şadlıq sarayı, kafe-restoranı olmasın! Özü də kənd təsərrüfatı  , əkin torpaqlarında!  Onlara buğda əkmək sərfəli deyil axı! Şadlıq sarayında,  kafe-restoranlarda süni balığı müştərilərə sırımaq çörəkdən daha “bərəkətlidir” . Allah bərəkət verməsin!

Kəndli illər boyu torpaqdan dolanıb, indi isə çörəyini torpaqdan çıxaran kəndlini torpaqdan da məhrum ediblər,  çörəkdən də. Kənddə uşaq bağçası olardı? İndi bircə başçı göstərin ki, uşaq bağçası olmasın. Kəndi şəhərdən ayıran başlıca sahə əkinçilikdir. Əkin sahələrini ələ keçirib  uşaq bağçaları tikmək, sonra da “uşaq olmaması” səbəbindən restoranlaraa çevirməklə çörəkçi yox, “balıqçı” olmaq olar. Uşaq bağçalarının təhsil müəssisələrinin balansına verilməsi də rayon,  kənd yerlərində gerçəkləşməyəcək. Artıq çoxdan həmin uşaq bağçaları başçı uşaqlarının “xan bağı”na,  restoranlarına çevrilib.  Ağsu rayonunun Pirhəsənli kəndinin yeganə torpaq payı ayrılmayan yeganə zabit Qarabağ qazisinin 22 il istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpağını icra başçısı, icra nümayəndəsi və bələdiyyəsi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ələ keçirib uşaq bağçası biznesinə ayırıblar. 3 ildir uşaq olmadığından biznes sıfırda , başçı pensiyadadır , süni  balıqlarla stressini atır. Beləcə torpaq buğda yetişdirə bilmir .

Buğdanın, unun idxaldan asılılığına son qoymağın bircə yolu var : torpağı kəndliyə, yiyəsinə vermək. Necə deyərlər, çörəyi ver çörəkçiyə, birini də üstəlik!

Məğrur BƏDƏLSOY