Bukingem Sarayına HÜCUM CƏHDİ
2023-05-04 00:12:00
İngiltərə kralı III Çarlzın tacqoyma mərasiminə hazırlaşarkən qorxulu hadisə yaşanıb.
Bu barədə “CNN” məlumat yayıb.
Bildirilib ki, məşhur Bukingem Krallıq Sarayının ərazisinə ov tüfəngi atmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Lakin sonra şübhəlinin üzərində bıçaq olduğu, odlu silah olmadığı öyrənilib.
Hadisədən sonra dərhal sarayın müəyyən ərazisi mühasirəyə alınıb.
Kral Çarlzın həmin vaxt sarayda olmadığı bildirilib.
Qeyd edək ki, kral III Çarlzın tacqoyma mərasimi mayın 6-da keçiriləcək. \\Konkret.az