📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bulgargaz” şirkəti “Gazprom”dan 400 milyon avro məbləğində təzminat tələb edir

2024-07-09 21:14:27

“Bulgargaz” şirkəti “Gazprom”dan 400 milyon avro məbləğində təzminat tələb edir

Bolqarıstanın “Bulgargaz” şirkəti məhkəmə yolu ilə “Gazprom”dan 400 milyon avro məbləğində təzminat tələb edir.

Hurriyyet.az xəbər verir ki, bu barədə “RIA Novosti” Bolqarıstan Milli Televiziyasına istinadən məlumat yayıb.

Bolqarıstanın qaz operatoru Parisdəki Beynəlxalq Ticarət Palatasının arbitraj məhkəməsinə iddia qaldırdığını bildirib.

Şirkətin açıqlamasında bildirilir ki, iddia 2022-ci ilin aprel ayında qaz təchizatının kəsilməsi səbəbindən dəymiş ziyana aiddir.