📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bulvarda dənizdə batan qadın xilas edildi - VİDEO

2024-12-20 20:08:46

Bulvarda dənizdə batan qadın xilas edildi - VİDEO

Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş - 1961-ci il təvəllüdlü S.Ağayeva dalğıclar tərəfindən xilas edilib.