📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bulvarda gəmi gəzintisinin bərpa ediləcəyi tarix açıqlandı

2024-10-31 22:30:26

Bulvarda gəmi gəzintisinin bərpa ediləcəyi tarix açıqlandı

Bakı bulvarında gəmi gəzintisi iki illik fasilədən sonra bərpa edilir.

Hurriyyet.az bildirir ki, bununla bağlı Dənizkənarı Bulvar İdarəsi sabah - 1 noyabr tarixində geniş ictimai təqdimat keçirəcək.

Qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin enməsi 2022-ci ildən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırılmasına səbəb olmuşdu.