Bulvarda kaktusları yandırana cəza verildi
2023-06-13 14:11:00
Bulvarda kaktusları kəsərək yandıran şəxs həbs edilib.
Hurriyyet.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, məhkəmə qərarı ilə 2003-cü il təvəllüdlü Varis Cəfərli barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.
Xatırladaq ki, bundan əvvəl həmin ərazidə kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb./Yenisabah.az/