📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bulvarda Yeni il şənliyi olacaq

2022-12-23 11:44:00

Bulvarda Yeni il şənliyi olacaq

Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dənizkənarı Milli Parkda Yeni il şənlikləri ilə bağlı hazırlıq işləri yekunlaşdırılır.

Hurriyyet.az xəbər verir ki, bulvar ərazisindəki ağaclar və işıq dirəkləri çılçıraqlarla yeni il ab-havasında bəzədilir, yeni ilin rəmzlərindən ibarət rəngarəng kompazisiyalar (bəzəklər, müxtəlif oyuncaqlar) qurulur.

Bundan əlavə, 24 dekabr 2022-ci il tarixindən uşaqların istirahətini yüksək səviyyədə təmin etmək məqsədilə Milli Parkın “Köhnə bulvar” ərazisində əyləncəli-musiqili proqramlar təşkil olunacaq.

Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil olunacaq Yeni il şənliyi 8 yanvar 2023-cü il tarixinə kimi davam edəcək.