📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bulvarın bu hissəsinə giriş-çıxış bağlanır

2026-09-22 13:09:21

Bulvarın bu hissəsinə giriş-çıxış bağlanır

Bu gün saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu məhdudlaşdırılma “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədardır.

Həmçinin qeyd edilib ki, Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış sərbəstdir.