📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Buna səbəb Vladimir Putindir - Bayden

2022-06-09 10:30:00

Buna səbəb Vladimir Putindir - Bayden

Putinin Ukraynaya qarşı apardığı amansız müharibə ilə qlobal inflyasiya təzyiqləri daha da artdı.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Amerika Dövlətlərinin Sammitinin rəsmi açılış mərasimində deyib.

O bildirib ki, ölkəsinə qaçqın axınının artmasına səbəb Rusiya Prezidenti Vladimir Putindir:

"Ailələrin ehtiyaclarını ödəməsi çətinləşdi. Bütün bu amillər Qərb yarımkürəsində qaçqın axınına səbəb olur".