📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bundan sonra Elxan Məmmədova əməkhaqqı ödənilməyəcək" - AÇIQLAMA

2022-04-20 21:08:00

Xəbər verdiyimiz kimi, May ayının 1-dən FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinin icrasına başlayacaq Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti postundan ayrılacaq.

Qurumun mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Offsideplus.az-a açıqlamasında bildirib ki, Elxan Məmmədov daha icraçı vitse-prezident deyil, digər vitse-prezidentlər kimi fəaliyyətini ictimai əsaslarla davam etdirəcək və funksioner buna görə AFFA-dan əməkhaqqı almayacaq:

"Bildiyiniz kimi, Elxan Məmmədov İcraiyyə Komitəsi ilə AFFA-nın qəbul etdiyi qərarların və fəaliyyəti dövründə yerinə yetirilməli olan məsələlərin icrası ilə məşğul olurdu. Amma o, FİFA-da yeni vəzifəyə təyin olunduğuna görə ictimai əsaslarla AFFA-da vitse-prezident kimi fəaliyyətini davam etdirəcək. Necə ki, digər vitse-prezidentlər Elşad Nəsirov və Rauf Əliyev ictimai əsaslarla çalışır, Elxan Məmmədov da elə fəaliyyət göstərəcək. Onu da qeyd edim ki, Elxan Məmmədov bundan sonra AFFA-dan əməkhaqqı almayacaq. Onun əsas iş yeri FİFA-dakı təyinatı olacaq".