📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bundesliqa klubunda yeni baş məşqçi

2026-02-04 22:18:20

Bundesliqa klubunda yeni baş məşqçi

“Verder Bremen” klubu 51 yaşlı Daniel Tiunenin yeni baş məşqçi tıyin edildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, müqavilənin şərtləri hələ açıqlanmayıb. Xatırladaq ki, Tiune Horst Steffenin yerinə keçib. Onun rəhbərliyi altında Bremen noyabr ayından bəri qələbə qazana bilmirdi.

Bu zəif seriya “musiqicilər”in mövqeyinə ciddi ziyan vurub, komanda hazırda Bundesliqada 19 xalla 15-ci yerdədir. Onlar 16-cı yerdən cəmi bir xal, düşmə zonasından isə beş xal öndədirlər.

Qeyd edək ki, Tiune daha əvvəl “Osnabruk”, “Hamburq” və “Fortuna Düsseldorf” klublarını çalışdırıb.