📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bunları reklam edənlər 50 min manat cərimələnəcək

2022-01-01 09:14:00

Bunları reklam edənlər 50 min manat cərimələnəcək

Bu gündən Azərbaycanda stimullaşdırıcı lotereyaları reklam edənlər 50 min manat cərimə ediləcək.

Hurriyyet.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdə əksini tapıb.

Belə ki, keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimələnəcək.