📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bunu heç vaxt qəbul etməyəcəyik - Almaniya

2023-08-23 21:25:05

Bunu heç vaxt qəbul etməyəcəyik - Almaniya

Berlin Ukraynanın bütün işğal olunmuş ərazilərinin Rusiya tərəfindən ilhaqını qeyri-qanuni və qəbuledilməz hesab edir.

Bunu Almaniya xarici işlər naziri Annalena Berbok Krım platformasının sammitində deyib.

“Rusiyanın Ukrayna ərazilərini qanunsuz olaraq ilhaq etməsi qəbuledilməzdir. Bu, BMT Nizamnaməsi və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır, bunu heç vaxt qəbul etməyəcəyik. Donetsk Ukraynadır. Zaporojye vilayəti Ukraynadır. Xerson Ukraynadır. Krım da Ukraynadır”, - Berbok bildirib.\\Axar.Az