📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bura danışmaqxana deyil” - Spikerdən deputata irad

2026-11-17 15:07:17

“Bura danışmaqxana deyil” - Spikerdən deputata irad

“Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz”.

Hurriyyet.net Qafqazinfo.az-a istinadla  xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.

Spiker Sahibə Qafarova isə deputatın fikirlərinə iradını bildirib: “Bura danışmaqxana deyil. Parlament etikasından və leksikasından istifadə edin. İkincisi, reqlamentin 5 dəqiqəyə keçirilməsi təklif edildi, səsə qoyuldu və qəbul edildi. Ürəyiniz nə qədər istəyirsə, danışın”.