📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Burada məxfilik rejimi pozulmayıb" - DİN RƏSMİSİNDƏN YAYILMIŞ VİDEOYA MÜNASİBƏT

2022-04-13 11:16:00

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə ötən il Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində törədilmiş qətldən sonrakı vəziyyəti əks etdirən görüntülərə münasibət bildirib.

"Sosial şəbəkələrdə ötən il Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində törədilən qətldən sonrakı vəziyyəti əks etdirən görüntülərin yayılmasında heç bir problem yoxdur və burada məxfilik rejimi pozulmayıb"

Hurriyyət.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev yazıb.

"Hadisədən sonra mərhumun yaxınları arasında yaranan bəzi anlaşılmazlıqlara son qoymaq məqsədilə həmin görüntülər onlara təqdim edilib və bununla da onlarda yaranan narahatlıqlar aradan qaldırılıb. Eyni zamanda, videomüşahidə kamerasının görüntüləri məhkəməyə də təqdim edilib"  - DİN rəsmisi əlavə edib.

YƏHYA