📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Burak Yılmaz qərarını verdi: Türkiyə klubuna keçir

2022-05-18 20:17:00

Burak Yılmaz qərarını verdi: Türkiyə klubuna keçir

Fransanın "Lill" klubunda çıxış edən Burak Yılmaz yenidən Türkiyəyə qayıdır.

36 yaşlı hücumçu karyerasını "Beşiktaş"da bitirmək istəyir. Fransa mətbuatına açıqlama verən forvard "qara qartallar"ın heyətində çıxış etmək istədiyini söyləyib:

"Mən "Beşiktaş"lıyam. Bu klubun kapitanı olaraq karyeramı bitirmək istəyirəm. Geri dönmək arzusundayam. Maddi məsələlər sonrakı işdir".

Təcrübəli oyunçu İstanbul təmsilçisiylə danışıqlar apardığını da bildirib.

Qeyd edək ki, Burak 2006/2008 və 2019/2020-сi illərdə "Beşiktaş"da forma geyinib. \\Offsideplus.az