📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Buraxılış imtahanları niyə 3 fənn üzrə keçirilir?

2022-03-15 11:02:00

Buraxılış imtahanları niyə 3 fənn üzrə keçirilir?

Dünya praktikasında olduğu kimi, Azərbaycanda da qeyd olunan 3 fənn - tədris dili, riyaziyyat və xarici dil 1-ci sinifdən 11-ci sinfə qədər tədris olunur və fənn kurikulumlar üzrə standartlarının tələblərinə əsasən həyati bacarıqlar daha çox bu fənlərin mənimsənilməsi nəticəsində əldə edilir. Ona görə də buraxılış imtahanları məhz bu 3 fənn üzrə keçirilir.

Bu sözləri Axar.az-ın sorğusuna cavab olaraq DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib.

O qeyd edib ki, DİM buraxılış imtahanlarını keçirməyə başlayanda bu məsələ Təhsil Nazirliyi ilə də razılaşdırılmışdı:

“Hazırda buraxılış imtahanı fənlərinə hər hansı dəyişikliyin edilməsi müzakirə edilmir”.