Buraxılış imtahanlarında zəif nəticə göstərən rayonlar - SİYAHI
2022-09-07 13:23:00
Bakıda hansı rayonların buraxılış imtahanlarında zəif nəticə göstərdiyi açıqlanıb.
Hurriyyet.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, IX siniflərin buraxılış imtahanlarında riyaziyyat və xarici dildə geriləmə müşahidə olunub: "4 rayonda məktəbin nəricələri aşağı olub. Bura Sabunçu, Qaradağ, Xəzər və Pirallahı aiddir. Yeni tədris ilində əsas diqqətləri məhz həmin məktəblərə yönəldəcəyik".