📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Buraxılış imtahanlarının dəqiq tarixləri nə üçün gec açıqlanır? - AÇIQLAMA

2022-01-24 14:16:00

Buraxılış imtahanlarının dəqiq tarixləri nə üçün gec açıqlanır? - AÇIQLAMA

DİA.AZ: - Pandemiyadan öncə DİM tərəfindən növbəti il ərzində keçiriləcək imtahanların qrafiki adətən yanvar və ya fevral aylarında elan olunurdu.

DİA.AZ xəbər verir ki, “COVID-19”la əlaqədar sanitar-epidemioloji vəziyyəti qabaqcadan müəyyən etmək çətindir. Ona görə də Mərkəz tərəfindən keçiriləcək imtahanların qrafiki 2 ildir ki, hissə-hissə təqdim olunur.

Xatırladaq ki, mərkəz tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulduğu, bu imtahanların keçirilmə tarixləri və yerlərinin yanvar ayı ərzində elan olunacağı bildirilib.