“Burda o zaman ədalət zəfər çalacaq ki...”
Baş Prokurorluğda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılıb. Bu məqsədlə yaradılan istintaq qrupuna digər hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb edilib. Baş vermiş hadisənin bütün detallarının ən incə xırdalıqlarına qədər araşdırılması, prosesdə iştirak edən bütün şəxslərin dindirilməsi və ortaya tam obyektiv nəticə qoyulması ilə bağlı tapşırıq verilib.
Bəs görən yeni istintaq qrupu hərbçilərimizə işgəncələr verən, onları alçaldan yüksək rütbəli zabitləri cəzalandıracaqmı?
Hurriyyet.az xəbər verir ki, Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bu məsələnin Prezidentin şəxsi nəzarəti altında öz müsbət həllini tapacağına inandığını bildirdi:
““Tərtər işi”ində cinayətkarların cəzalandırılması istintaqın gedişindən asılıdır. Bu cinayət işini Prezident şəxsi nəzarətinə götürüb, Baş prokurorluğa tapşırıq verməlidir ki, istintaq şəffaf aparılsın və cinayətkarlar da cəzalandırılsın. Onda cinayəti törətmiş adamlar ifşa, məsuliyyətə cəlb olunacaq və cəzalarını da alacaqlar. Burda o zaman ədalət zəfər çalacaq. Bu hadisədə əhali də, zərərçəkmişlərin yaxınları da narahatdır. Ona görə insanlar istintaqdan müsbət nəticələr gözləyirlər”.