“Bütün dünya bilir - Rusiya qatildir! İnsanları öldürür, dəyərləri öldürür!” - Aleksey Reznikov
2022-02-26 16:25:00
Ukraynanın Müdafiə Nazirliyinin rəsmi saytında ölkənin müdafiə naziri Aleksey Reznikovun bəyanatı yayımlanıb.
Moderator.az xəbər verir ki, bəyanatda deyilir:
“Bütün dünya bilir - Rusiya qatildir! İnsanları öldürür, dəyərləri öldürür! Mən çox ehtiyac duyulan humanitar yardıma görə bütün dostlarımıza və tərəfdaşlarımıza minnətdaram! Sivil dünyanın işğalçıya qarşı güclü mövqeyinə görə minnətdarıq! Polşa, Türkiyə, ABŞ, Böyük Britaniya, Estoniya, Litva, Latviya, Hollandiya, Fransa, İtaliyadan dəstək almağa davam edirik və daha çoxunu gözləyirik! Ardı var!
Ukraynaya eşq olsun!
Ukrayna Ordusuna eşq olsun!
Moderator.az