“Bütün dünyada zülmə məruz qalan insanları qoruyacam” - Kadırov muzdlu ordu yaratmaqda qərarlıdır
2023-05-03 15:00:00
“Dünyanın hər yerində döyüşəcək muzdlu ordu yaradacam və bütün dünyada zülmə məruz qalan insanları qoruyacam”.
Hurriyyet.az xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov Rusiya mətbuatına müsahibəsində deyib.
Kadırov bəyan edib ki, bu ordu özünü demokratik adlandıran ölkələrə gedərək, məzlum xalqı qoruya biləcək. O, quracağı yeni muzdlu orduya dünyanın hər yerindən insanları cəlb edəcəyini bildirib.
Xatırladaq ki, Kadırov daha öncə də muzdlu ordu yaratmaq barədə fikirlər səsləndirb.
Hələ fevral ayında Kadırov “Bir gün əziz qardaşım Priqojinlə yarışacam” deyərək, yeni muzdlu dəstə yaratmaq planlarını gündəmə gətirib.
Azpolitika.info