📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bütün hərbi komissarlıqların rəhbərləri işdən çıxarıldılar

2023-08-11 18:52:00

Bütün hərbi komissarlıqların rəhbərləri işdən çıxarıldılar

Hurriyyet.az “Döyçe Velle” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası bütün bölgə hərbi komissarlarını  işdən çıxarmağı qərara alıb. Bu barədə açıqlamanı Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbəti iclasından sonra Ukrayna Prezidenti Vladimir Zelenski şəxsən verib. Zelenski deyib: “Bizim qərarımızdır. Bütün rayonlardakı hərbi komissarları işdən çıxarırıq. Bu sistemi müharibənin nə olduğunu və müharibə dövründə abırsızlıq və rüşvətxorluğun niyə dövlətə xəyanət demək olduğunu dəqiq bilən insanlar idarə eləməlidirlər”.

Onun sözlərinə görə, hərbi komissarlıqlara “cəbhədən keçmiş döyüşçülər və ya yaralandığı üçün ön cəbhədə ola bilməyən və öz şərəfini qoyuran və abırsızlıqdan uzaq olanlar rəhbərlik eləməlidirlər – bu sistemi yalnız onlara etibar eləmək olar”.

Zelenski daha sonra deyib: “Bu qərarı Baş komandan Zalujnı həyata keçirəcək. Yeni rəhbərlər təyin edilməzdən əvvəl Ukrayna Təhlükəsizlik Xidmətində yoxlamadan keçiriləcəklər”.

Hürr Tərcüman