📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bütün İran dronları məhv edildi – Ukraynadan açıqlama

2023-06-10 08:54:00

Bütün İran dronları məhv edildi – Ukraynadan açıqlama

Gecə saatlarında evlərində yatmış dinc vətəndaşlar arasında ölənlər və yaralananlar ver

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiya ordusu İranın “Şahed-131-136” dronları ilə Ukraynanın Odessa şəhərinə hücuma keçib. Dronların hamısı Ukrayna HHM sistemləri vasitəsilə zərərsizləşdirilib. Müdafiə sistemləri tərəfindən havada vurulmuş dronların parçalarının yerə düşməsi zamanı yanğın baş verib, nəticədə 3 nəfər mülki vətəndaş həlak olub, 10 nəfər yaralanıb.

Bu barədə məlumatı Ukraynanın “Cənub” operativ komandanlığı verib. Açıqlamada deyilir: “İyunun 10-a keçən gecə Odessa vilayətinə edilən dron hücumları zamanı bütün “Şahed 131-136” markalıpilotsuz uçuş aparatları hava hücmundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Hava döyüşü nəticəsində dronlardan birinin qalıqları çoxmərtəbəli evin mənzilinə düşüb, yanğın törədib. Nəticədə 3 nəfər həlak olub, 10 nəfər yaralanıb. Partlayış dalğası ətrafdakı çoxmənzilli evləri də zədələyib”.

Hürr Tərcüman