📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bütün pensiyalar noyabrın 15-də tam ödəniləcək” - DSMF

2021-11-13 14:20:00

“Bütün pensiyalar noyabrın 15-də tam ödəniləcək” - DSMF

Respublika üzrə bütün pensiyaların noyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.