📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bütün şərtlərimiz və tələblərimiz kiçik detallarına qədər yerinə yetirilməlidir" - ELXAN ŞAHİNOĞLU

2023-09-20 14:09:19

"Rusiya hərbi kontingentinin bunları edəcəyinə inamımız yoxdur, onların özünə də nəzarət lazımdır"

"Bütün şərtlərimiz və tələblərimiz kiçik detallarına qədər yerinə yetirilməlidir. Çünki separatçılar yazırlar ki, "təslim olmaq məcburiyyətindəyik, ancaq bizim günümüz yenə gələcək". Elə etməliyik ki, "həmin günləri" bir daha gəlməsin, bir daha baş qaldıra bilməsinlər". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, separatçılar silahları təhvil verməyə hazır olduqlarını bildirsələr də, reinteqrasiya mövzusunu "müzakirə predmeti" kimi qələmə verirlər: "Azərbaycan qanunlarına tabe olmalısınız! Bu müzakirə predmeti deyil, əsas tələblərimizdən biridir. Xankəndinə silahlı qüvvələrimizin daxili və prosesi yerindəcə nəzarət etməyə ehtiyac yaranacaq. Rusiya hərbi kontingentinin bunları edəcəyinə inamımız yoxdur. Rusiya hərbi kontingentinin özünə də nəzarət lazımdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az