📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bütün ştamlara qarşı antitel aşkar olundu

2021-08-24 10:21:00

Bütün ştamlara qarşı antitel aşkar olundu

Koronavirusun bilinən bütün ştamlarını neytrallaşdıra bilən antitel aşkar olunub.

HURRİYYET.az xəbər verir ki, sözügedən bu antiteli Vaşinqton Universiteti Tibb məktəbinin alimləri aşkar edib.

Alimlər araşdırma zamanı 43 nümunə üzərində çalışıb və belə məlum olub ki, SARS2-38 koronavirusun bilinən “alfa”, “beta”, “qamma”, “delta”, “kappa”, “yota” ştamları, həmçinin nadir mutasiyaların yayılmasına qarşı mübarizə apara bilər.