📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bütün üzvlər Ukraynanı dəstəkləyir - Stoltenberq

2023-05-09 22:37:00

Bütün üzvlər Ukraynanı dəstəkləyir - Stoltenberq

NATO-nun bütün üzvləri Ukraynanın Alyansa qatılmasını dəstəkləyir.

Bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, əsas məsələ vaxtdır, ona görə də tam üzvlüyün vaxtı məlum deyil:

“NATO-ya üzv dövlətlər Ukraynaya blokun qüvvələri ilə qarşılıqlı fəaliyyətin təmin edilməsində, müdafiə və təhlükəsizlik institutlarında islahatların aparılmasında və təkmilləşdirilməsində kömək edirlər. NATO-nun qapıları hər zaman açıqdır”. \\Ölkə.az