📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Buzovna qəsəbəsində dənizdə meyit aşkarlanıb

2026-08-11 12:34:30

Buzovna qəsəbəsində dənizdə meyit aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin meyitinin aşkarlanması ilə bağlı barədə məlumat daxil olub.

Bu barədəHurriyyet.Media  FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Dalğıclar tərəfindən 1996-cı il təvəllüdlü Seymur Sadiq oğlu Allahverdiyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.