Buzovna sakini 4 övladı ilə acınacaqlı vəziyyətdə yaşayır
Xəzər rayonu, Buzovna qəsəbəsinin sakini Təhməzova Arzu Salman qızı "Hürriyyət"ə müraciət edərək, acınaqlı vəziyyətdə yaşadığını bildirib. Şikayətçi bildirir ki, dörd övladı var və övladlarına baxmaqda çətinlik çəkir. O qeyd edir ki, sosial müavinət ala bilməsi üçün bütün lazım olan sənədləri toplayıb. Buna baxmayaraq, hələ də çətin vəziyyətdə yaşayan ailə sosial müavinət ala bilməyib:
"Məbcuri köçkün həyatı yaşayırıq. Dörd övladım var. Yoldaşımdan ayrılmışam. Dörd uşağa 170 azn aliment verməlidir. Neçə aydır ki, aliment də vermir. Kirayədə yaşamaq məcburiyyətində qalmışıq. Dost Mərkəzinə sosial yardımla bağlı müraciət etmişəm. Lakin, bütün sənədlərimi yığımağıma baxmayaraq, sosial müavinət ala bilmirəm. Xahiş edirəm ki, uşaqlarıma baxa bilməyim üçün sosial müavinətin verilməsinə köməklik edəsiniz".
YƏHYA