📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

​BVF bu gün Ukraynaya 1,4 milyard dollar yardım ayrılmasını nəzərdən keçirəcək - TƏCİLİ

2022-03-09 10:57:00

​BVF bu gün Ukraynaya 1,4 milyard dollar yardım ayrılmasını nəzərdən keçirəcək - TƏCİLİ

BVF-nin İcraiyyə Şurası martın 9-da Ukraynaya təcili olaraq maliyyə yardımı ayrılması təklifinə baxacaq. Söhbət 1,4 milyard dollardan gedir.

Hurriyyet.az-ın məlumatına əsasən, Fondun direktoru Kristalina Georgiyeva , BVF-nin saytına bildirib ki, yardım Ukrayna iqtisadiyyatına zərbəni yüngülləşdirmək məqsədi daşıyır.

Onun sözlərinə görə, BVF böhranın idarə olunması istiqamətində Ukrayna hakimiyyəti ilə mütəmadi əlaqə saxlayır.

"BVF əməkdaşları hər gün Ukraynanın əsas rəsmiləri ilə əlaqə saxlayırlar. Hətta onların müzakirələr zamanı səslənən sirenalara baxmayaraq, fədakarlıq və peşəkarlıqla necə birgə işlədiyini görmək çox heyrətamizdir. Bu gün biz Ukraynaya bu şoku aradan qaldırmağa kömək etməliyik”, - Georgiyeva bildirib.