Cadugərlər “bayramı”nda qanlı terror
2022-11-01 11:28:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ-ın Çikaqo şəhərində Cadugərlər “bayramı”nı qeyd eləmək üçün toplaşanlara bir avtomobildən atəş açılıb. Atəş nəticəsində 14 nəfər yaralanıb.
ABŞ-ın İllinoys ştatındakı Çikaqo şəhərində baş vermiş hadisə nəticəsində 2-si uşaq olmaqla, 14 nəfər yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Yerli polis rəhbərliyi avtomobildə 2 nəfərin olduğundan şübhələndikləri barəsində açıqlama verib.
Hürr Tərcüman