Çağlar Söyüncü Türkiyə Super Liqasında?
2022-10-31 19:59:00
Türkiyənin "Trabzonspor" klubunun baş məşqçisi Abdullah Avcı qış transfer dönəmində komandada bəzi mövqelərə yeni futbolçu transferi istəyir.
Trabzon təmsilçisi "Lester"in formasını geyinən Çağlar Söyüncünü heyətinə qatmağı planlaşdırır. 2018-ci ildən "tülkülər"də çıxış edən 26 yaşlı müdafiəçi son zamanlar komandada forma şansı tapmaqda çətinlik çəkir. "Trabzonspor"un Çağlar barədə tezliklə İngiltərə klubu ilə danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, 2023-cü ildə müqaviləsinin müddəti başa çatacaq Çağlar Söyüncünün transfer qiyməti 28 milyon avrodur. \\Offsideplus.az